Keçmiş həyat yoldaşı Feyza Aktan müğənni Özcan Dənizə şillə vurduğuna görə cərimələnib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə ona yüngül xəsarət yetirmə maddəsi ilə 7500 lirə pul cəzası kəsib.
Məlumata görə, müğənni oğlu Kuzeyin məktəbə getmədiyini öyrənərək keçmiş yoldaşı Feyzanın evinə gedib. Feyza isə Özcan Dənizi qapıda gördükdə əsəbiləşərək ona vurub və hətta köynəyini cırıb. pizza hut
Məsələ ilə bağlı açıqlama verən Aktan peşman olmadığını bildirib.
Həmin görütüləri təqdim edirik:
Telegram kanalımız