Kəlbəcərdə 60 faiz ərazi minalardan təmizlənib

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə 60 faiz ərazi minalardan təmizlənib

Sosial

07 Sentyabr 2023 12:28 418


Bu il ərzində Kəlbəcər rayonunda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 ha ərazinin təmizlənməsi nəzərdə tutulub. 

Yenisabah.az xəbər verir ki, bunu Şəhərsalma İşçi Qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 %) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.  Pepperoni pizza

N. Hümmətov qeyd edib ki, yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 983,71 ha ərazi minalardan təmizlənib. 

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Prezidentinin 18.03.2021-ci il tarixli 1304 nömrəli Fərmanına əsasən həmin dövrdən hazırkı dövrədək bütövlükdə Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 ha torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması Komitə tərəfindən təmin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!