Kəlbəcərdə tutulan erməni diversantın   FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə tutulan erməni diversantın FOTOSU

Maraqlı

16 Avqust 2023 15:54 1146


Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyi məlumat yayıb. 

Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Oskanyan 44 günlük Vətən müharibəsində iştirakını etiraf edib. 

Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!