Kəmaləddin Heydərov bayram günlərinə dair əmr imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov bayram günlərinə dair əmr imzaladı

Rəsmi

26 May 2026 09:40 94


Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

"Yeni Sabah" xəbər verir ki, nazir Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!