Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - Foto

Siyasət

29 Dekabr 2025 18:51 1992


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

"Yeni Sabah" "Qaynarinfo"ya istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bu təyinata qədər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin strukturunda fəaliyyət göstərən Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, hazırda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!