Kəmaləddin Heydərovun oğlunun məhkəmə qalmaqalı ilə bağlı vəkildən  AÇIQLAMA
22 Sen 2020 18:26
948

Kəmaləddin Heydərovun oğlunun məhkəmə qalmaqalı ilə bağlı vəkildən AÇIQLAMA

“Mənim müdafiə etdiyim şəxs Biləsuvar sakinidir, sadə bir insandır, nazir oğlu Tale Heydərov deyil”. 

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında vəkil Ağababa Qədirov bildirib. 

Qeyd edək ki, “unikal.org” saytı Heydərov Tale Kəmaləddin oğlunun Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt etdiyi, qadın yerli məhkəməyə müraciət etsə də məhkəmə prosesini uduzduğunu yazıb. Sayt bu şəxsi nazir Kəmaləddin Heydərovun oğlu Tale Heydərov kimi qələmə verib.

Biləsuvar sakini Tale Heydərovun vəkili Ağababa Qədirov isə APA-ya açıqlamasında isə deyib ki, müdafiə etdiyi nazirin oğlu deyil, sadə bir vətəndaşdır, sadəcə, adı, soyadı və ata adı təsadüfən eynidir. Vəkil mətbuatın onu Çinarə Əliyevanın vəkili kimi təqdim etməsinin də yanlış olduğunu vurğulayıb və mətbuatı belə hallara yol verməməyə, məsuliyyətli olmağa çağırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər