Müğənni Kenan Doğulu və aktrisa Beren Saat 2025-ci ilin yanvarında Los-Ancelesdə baş verən yanğında itirdikləri villalarının ardından yeni ev almağa qərar veriblər.
“Yeni Sabah” xəbər verir ki, cütlüyün Malibu sahilindəki 2,5 milyon dollar dəyərində villası yanğın zamanı tamamilə kül olub. Hadisə nəticəsində Kenan Doğulunun təxminən 1 milyon dollar dəyərindəki studiyası, 15 gitarası və şəxsi arxivləri, Beren Saatın gəlinliyi, həmçinin çoxsaylı sənət əsərləri məhv olub.
Sığorta ödənişini aldıqdan sonra cütlük yanan villanı yenidən tikdirməkdən vaz keçib. Onlar bunun əvəzinə Hollywoodda yeni ev almaq üçün axtarışa çıxıblar. Toyuqlu pizza
Məlumata görə, Kenan Doğulu və Beren Saatın baxdığı lüks villaların qiyməti 3 milyon dollardan başlayır. Cütlüyün bəyəndikləri evlə bağlı qərar verdikdən sonra alış prosesinə başlayacağı bildirilir.
Aydan Hacı
Telegram kanalımız