Kənan MM illər sonra etiraf etdi: “Onu aldatdım“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Kənan MM illər sonra etiraf etdi: “Onu aldatdım“ - Video

Şou

09 Noyabr 2021 17:29 1394


Rejissor Kənan M.M. səmimi etiraflar edib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Onun sirri” proqramına qonaq olan rejissor əsgərlikdə olan zaman komandirini aldatdığını deyib:

"Əgərlikdə icazə alıb Bakıya gəlmək istəyirdim. Diplomumu alıb hərbi hissəyə təhvil verməli idim, həm də Vəfa Zeynalovanın əkiz övladları dünyaya gəlmişdi. Görüşmək istəyirdik. Çünki İzzət Bağırov, Sevda Ələkbərzadə, Vəfa Zeynalova ilə tələbə vaxtı çox mehriban idik. Hərbi hissənin yaxınlığında telefon xəttinin getdiyi dirəklər vardı. Komandirin otağına gedən xətti tapıb ona zəng vurdum. Səsimi dəyişib komandirlə danışdım. Mənə 15 gün icazə verdi. Evə gəlib dedim ki, Bakıya gedirəm. Gəlib Vəfagillə görüşdüm. O zamanlar Zövqü adlı dostum vardı. Bakıda işlərim yaxşı deyildi deyə Naxçıvana qayıtmaq istəyirdim. O, mənim biletimi yırtdı, qoymadı qayıdam. Əgər Zövqü biletimi cırmasaydı, bu gün Kənan M.M. olmazdım". Sezar pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!