Kilsədə Paşinyana hücum edən şəxs belə saxlanıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kilsədə Paşinyana hücum edən şəxs belə saxlanıldı - VİDEO

Dünya

29 Mart 2026 17:11 673


Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı yeni detallar məlum olub.

"Yeni Sabah" erməni KİV-lərinə istinadən xəbər verir ki, ibadət zamanı baş nazirə yaxınlaşaraq ona zərbə endirməyə cəhd göstərən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hücumun paytaxt İrəvanda yerləşən kilsələrdən birində dini mərasim zamanı baş verdiyi bildirilir. pizza hut

Təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb və Nikol Paşinyan xəsarət almayıb.

Bununla yanaşı, erməni mediasının yaydığı digər məlumatda bildirilir ki, hücumun təşkilatçısı kimi təqdim olunan Gevorq Gevorqyan radikal baxışları ilə tanınır və onun Rusiyaya yaxın qüvvələrlə əlaqəli olduğu iddia edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!