“Kim sizə pislik edirsə...” - “Maşın”dan əsəbi çıxan Türkan danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Kim sizə pislik edirsə...” - “Maşın”dan əsəbi çıxan Türkan danışdı - Video

Şou

12 Oktyabr 2019 11:23 2603


Dünən “Maşın” şounu tərk edən müğənni Türkan Vəlizadə yarışma ilə bağlı  açıqlama verib.

“Yeni  Sabah” xəbər verir ki, T.Vəlizadə şoudan qalib olaraq ayrıldığını düşündüyünü deyib:

“Hər şey əladı, qaydasındadır. Əsas odur ki, kim sizə pislik edirsə, onu yaxşılıqla susdurun. Onda qalib olacaqsınız. Mən bu gün qalib olaraq çıxdım oyundan.  Sizə minnətdaram. Mən sizdən səs istədim, siz məni qırmadınız, səs göndərdiniz. İnşallah, yeni işlərimlə, uğurlarımla sizləri sevindirəcəyəm. Haqqınızı halal edin”.  Pepperoni pizza

Qeyd edək ki, yarışmaçıların səsverməyə çıxardıqları Lalə Mustafayeva əvvəlcə səs toplasa, Suna Kasımoğlunu yarışmadan kənarlaşdıracağını desə də, sonradan fikrini dəyişib. O, səs toplayaraq yarışmada qalıb və Türkan Vəlizadəni şoudan kənarlaşdırıb. Bu qərara əsəbləşən Türkan əlini avtomobilə çırpıb.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!