“Kiminsə əsgərlərin hesabına özünü reklam eləməyinə pis baxıram“   - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Kiminsə əsgərlərin hesabına özünü reklam eləməyinə pis baxıram“ - Xalq artisti

Şou

21 Oktyabr 2020 16:36 1595


Məşhurların hər kiçik addımı müzakirələrə səbəb olur. Elə cəbhədən çəkdirdikləri fotolar da. Şou-biznes nümayəndələrinin əsgərlərə yardım yollaması, bunları paylaşması birmənalı qarşılanmır.

Xalq artisti Gülyaz Məmmədova cəbhə bölgəsinə yollanıb daha sonra bunu reklam edənlərdən danışıb.

Yenisabah.az-la fikirlərini bölüşən sənətçi dövlətin əsgərləri lazımi şəkildə dəyərləndirdiyini bildirib: Dominos pizza

“Düzü mən, bu barədə çox danışmaq istəmirəm. Bircə onu bildirmək istəyirəm ki, mənim gözəl  dövlətim var. Kimsə nəsə edirsə bunu Allah yolunda etməlidir. Elədiyini reklam etməməlidir. Bizim dövlətimiz əsgərləri çox gözəl şəkildə dəyərləndirir. Kiminsə əsgərlərin hesabıan özünü reklam eləməyinə pis baxıram. Get, sakitcə nə edirsənsə et, qayıt otur evində”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!