“Kimisə yarı yolda qoymamışam” – Nigarın nişanlısından gözlənilməz açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Kimisə yarı yolda qoymamışam” – Nigarın nişanlısından gözlənilməz açıqlama

Şou

12 Sentyabr 2026 09:37 115


Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. Müğənni Xan Qaraxanoğlu ilə nişanını qaytardığını açıqlayıb və qarşı tərəfin bu münasibətdən özünü tanıtmaq üçün istifadə etdiyini iddia edib.

“Yeni Sabah” xəbər verir ki, Xan Qaraxanoğlu məsələ ilə bağlı açıqlama verərək yayılan müzakirələr zamanı məsələni tam anlamadan onun ünvanına təhqirlər səsləndirildiyini deyib. O bildirib ki, baş verənlər həm onu, həm də ailə üzvlərini narahat edib.

“Bu, məni bir vətəndaş və sənətçi kimi narahat edir. Ailə üzvlərim də narahatdır. Allah şahiddir ki, bu münasibətdə heç bir təmənna olmayıb. Biz bir-birimizə təmənna üçün yanaşmamışıq. Duetimiz nişandan əvvəl baş tutub. Mənə deyirsiniz ki, Nigardan istifadə edib özünü tanıtdın. Əsla belə deyil. Amma Nigarla duet oxudum və bir çox izləyici tərəfindən tanındım. Bunun nəyi pisdir? Mən 10 ildən artıqdır səhnədəyəm. Toyuqlu pizza

Bütün xalqıma səslənirəm – mən günahkar deyiləm, kimisə yarı yolda qoymamışam”, - deyə X.Qaraxanoğlu bildirib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!