Kimlərin maaş və pensiyaları artacaq? -   2027-də böyük sosial paket

saytların hazırlanması

Evə çatdırılma

Kimlərin maaş və pensiyaları artacaq? - 2027-də böyük sosial paket

İqtisadiyyat

02 Oktyabr 2026 14:37 12293


Azərbaycanda gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılması gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov yazıb.

O bildirib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağını açıqlayıb və bununla bağlı göstəriş verildiyini bildirib. pizza sifarişi

İqtisadçı qeyd edib ki, bu, növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı anlamına gəlir. Azərbaycanda minimum əməkhaqqının artırılması artıq mütəmadi xarakter alacaq.

Onun sözlərinə görə, 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artırılması gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən isə minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur.

İqtisadçının sözlərinə görə, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu artımın təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcəyi gözlənilir.

O bildirib ki, yeni müzakirə olunan dəyişikliklərə əsasən, pensiyaların indeksləşdirilməsində diferensial yanaşmanın tətbiqi gözlənilir. Dəyişikliklərlə pensiya sistemində sosial ödənişlərə əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur.

Mövcud qaydalara əsasən, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksləşdirilir. Yeni yanaşmada isə əsas meyar yenə orta aylıq əməkhaqqının artım faizi olsa da, pensiyaların artırılmasında diferensial mexanizmin tətbiqi nəzərdə tutulur.

V.Bayramov qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu isə 18,5 milyard manatdan çox vəsaitin sosial istiqamətlərə yönəldilməsi deməkdir.

İqtisadçı bunu gələn il həyata keçirilməsi nəzərdə tutulan yeni sosial paketin anonsu kimi qiymətləndirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İsmayil
    İnşallah artsın.bizomde üzümüz gülsün.
    13 hours ago
  • Mammadov
    Bu eyni məqaləni başlığı dəyişib dəyişib yerləşdirməkdən yorulmadızmı
    1 day ago