Kino müsabiqəsinin qalibləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Kino müsabiqəsinin qalibləri bəlli oldu

Mədəniyyət

10 İyun 2026 12:49 213


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi müsabiqənin qiymətləndirmə mərhələsi başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyasının rəylərinə əsasən, müsabiqəyə təqdim olunan 38 layihədən 19 film layihəsi qalib adını qazanıb.

​Milli kinematoqrafiyamızın inkişafı, müstəqil prodüser mərkəzləri arasında sağlam rəqabət mühitinin yaradılması və birgə film istehsalı imkanlarının genişləndirilməsi məqsədilə keçirilən müsabiqədə dəstək alacaq 19 layihənin növlər üzrə statistikası belədir: pizza hut

​ Qalib filmlərin kateqoriyaları:

Tammetrajlı bədii – 3 film

Qısametrajlı bədii – 3 film

Tammetrajlı bədii-sənədli – 1 film

Qısametrajlı bədii-sənədli – 1 film

Tammetrajlı sənədli – 4 film

Qısametrajlı sənədli – 2 film

Qısametrajlı animasiya – 2 film

Qısametrajlı süni intellekt – 3 film


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!