Rusiyanın Xalq artisti Filipp Kirkorov Moldovaya buraxılmayıb.
Yenisabah.az xəbər verir ki, iyulun 28-i axşam saatlarında Kişineuya gələn Kirkorov gecə hava limanında qalıb və sərhədi keçə bilməyib.
Polis sənətçinin girişi ilə bağlı şərtlərin yerinə yetirilmədiyini bildirib. pizza mizza
Bundan sonra, moldovalı deputat Marina Tauberin cinayət işinə rəhbərlik edən vəkil Aureliu Kolenko hava limanına gəlib.
O qeyd edib ki, Kirkorov Tauber işi üzrə ifadə vermək üçün Kişineuya uçub.
Qeyd edək ki, müğənni Tauberə qarşı “Şor” partiyasını maliyyələşdirməkdə ittiham olunur.
Telegram kanalımız