Kişi evə gec saatlarında gələn arvadını döyərək xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Kişi evə gec saatlarında gələn arvadını döyərək xəsarət yetirdi

Kriminal

15 May 2026 09:09 140


Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aqil Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"YeniSabah" pravda.az-a istinadla xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Sezar pizza

İttihama görə, hadisə 2026-cı il martın 2-də saat 00:10 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərin birində baş verib.

Belə ki, Aqil Məlikov həmin gecə evə gec saatlarda gələn həyat yoldaşı, zərərçəkmiş İradə Məlikovaya (adı, soyadı şərtidir) irad bildirib. Bu zaman tərəflər arasında ailədaxili münasibətlər və qısqanclıq zəminində mübahisə yaranıb. Zərərçəkmiş şəxsin cavabı təqsirləndirilən şəxs tərəfindən bəhanə kimi qiymətləndirilib və mübahisə daha da kəskinləşib. Mübahisə zamanı əsəbiləşən Aqil arvadına hücum edib. O, əl ilə yumruq zərbəsi vuraraq İradənin sifət və göz nahiyəsinə xəsarət yetirib. Zərbənin təsirindən qadın yerə yıxılıb və o, xəsarət alıb. Həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri olduğu müəyyən edilib.

Hadisədən sonra Aqil Məlikov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!