“Kişi simic oldu, apar qaytar…” - Tanınmış aparıcıdan qalmaqallı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Kişi simic oldu, apar qaytar…” - Tanınmış aparıcıdan qalmaqallı açıqlama

Şou

04 Oktyabr 2021 19:15 1589


Bunu tanınmış aparıcı Rövşanə Ağasəfqızı “ailədə büdcəyə nəzarət”lə bağlı suala cavab olaraq bildirib.

Yenisabah.az xəbər verir ki, aparıcı kişilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Belə fikir var ki, pulu qazanmaq asan, xərcləmək çətindir. Baxırsan, qadın var, gəlirini-çıxarını düzgün bölə bilmir: üst-üstə geyimlər, soyuducusunda yeyinməyəcək və istifadə olunmayacaq ərzaqlar. Qarderobda bir-birinə bənzəyən geyim dəstləri, oxşar ayaqqabılar… Nə olub, məgər dünyanın axırıdır? Yavaş-yavaş xərclə də… Mənə elə gəlir ki, hər bir qadın yığımcıl və yaxşı mənada bir az simic olmalıdır. Amma mütləq ehtiyatı olsun gərək. Kiməsə borca getməsin. Möhtac qalmasın. Eləsi var ki, var-yoxunu qoyur, bəhsə-bəhs kreditə girir, filankəsdə var, məndə də olsun. Bunun bir adı var: Görməmişlik. Həmişə pul qazanmaq olmur, bunu unutmaq olmaz. Sezar pizza

Kişilərə gəlincə, səxavət onların üzünü ağ edən cəhətlərdən biridir. Kişi simic oldu, apar qaytar… Əliaçıqlıq kişiyə yaraşıq verir. Kişi xərcləsin, qadın yığsın. Əlini cibinə aparmayan kişidən adama ər olmaz. Pul xərcləməyə tək pul yox, həm də ürək lazımdır. Ürəksiz kişidən sevgi, ruh-filan da gözləməyin”./Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!