"Səhnədə başqayam, sevgidə başqa. Məni səhv anlayırsız. Sevgidə quzu kimiyəm. Səhnədə şah, padişah, sahibkaram. Amma gecə həyatını sevmirəm, əyləncələrdə olmuram. Bunların hamısı səhnədə baş verir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” proqramında qonaq olarkən deyib.
Xəyanətdən danışan sənətçi bir dəfə xəyanətə uğradığnı deyib: pizza hut
“Xəyanəti heç vaxt bağışlamaram. İlk dəfə mənə xəyanət ediblər. Xəbərim olub, bağışlamamışam. Bu məsələni hamı bilir. Qürur başqadır, sədaqətsizlik, xəyanət başqadır. İnam itir. Ümumiyyətlə, kişi qadına xəyanət edirsə, bildirməsin. Əgər bunu bacarırsa... Bu ortaya çıxırsa, xanımı haqsız çıxarırsa, haradadır ədalət?!”
Telegram kanalımız