“Kitabı oxudum, 2 illik depressiyadan çıxdım“ - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Kitabı oxudum, 2 illik depressiyadan çıxdım“ - Müğənni

Şou

18 Yanvar 2023 16:45 790


Müğənni Rahidə Baxışova 2 il depressiyada olduğunu açıqlayıb. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbər-ətər” verilişində danışıb.

R. Baxışova çətin günlər yaşadığını, daha sonra hər şeyin qaydasına düşdüyünü bildirib: Toyuqlu pizza

“2 il depressiya yaşadım. Həyatımda belə bir şey olmayıb. Səbəbini isə yaxınlarım bilir. Uzun zaman o depressiyadan çıxa bilmədim. Bir dəfə nevropatoloq yanına getdim. Onunla danışanda özümdən asılı olmadan ağlamağa başladım.

Mənə dedi ki, sən “Sirr” adlı kitabı oxumusan? Cavab verdim ki, xeyr. Yanıma gələn pasientlərə bu kitabı məsləhət görürəm. Onun yanından çıxıb, həmin kitabı aldım, iki gün ərzində oxuyub bitirdim. Kitabı oxuyandan sonra həyata başqa cür baxmağa başladım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!