İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi tədbirləri haqqında qanun layihəsinin gəmilərdən keçid zamanı rüsum tutulmasını nəzərdə tutan maddəsini təsdiqləyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, parlament komitəsi "Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə strateji tədbirlər" qanun layihəsinin boğazdan keçid zamanı rüsumlarla bağlı 3-cü maddəsinin mətnini təsdiqləyib. Dominos pizza
Bildirilir ki, həmin maddəyə əsasən, İran hakimiyyəti tərəfindən Hörmüz boğazından tranzitinə icazə verilən ölkələrin gəmiləri göstərilən xidmətlərə görə rüsum ödəyəcəklər.
Məlumata görə, rüsumlar ekoloji xidmətlərə, yanacaq doldurulmasına, sığortaya və təhlükəsizliyin təmin edilməsinə görə tutulacaq.\Oxu.Az
Telegram kanalımız