“Kiyevdə 1000, Bakıda 23 min dollar maaş alırdım” 

saytların hazırlanması

Evə çatdırılma

“Kiyevdə 1000, Bakıda 23 min dollar maaş alırdım” 

İdman

03 İyun 2022 15:39 1422


Bir vaxtlar “İnter”də (hazırda “Şamaxı”) çıxış etmiş Mixal Makovski Azərbaycandakı gəliri haqda açıqlama verib.

Yenisabah.az xəbər verir ki, Belarus millisinin sabiq üzvü football.by saytına müsahibəsində Bakı və Kiyevdəki həyatı barədə müqayisə apararkən deyib:

“Mənə “Dinamo”da min dollar verirdilər. Bakıda, “İnter”də isə maaşım yüksək idi: 23 min dollar. Mükafata gəlincə, “İnter”də dörd günlük istirahət verəndə Kiyevə ailəmin yanına gedirdim. Klub bizim üçün 8 pulsuz uçuş təşkil edirdi. Qələbə oyunundan sonra Ukraynadan Bakıya qayıdanda bazadakı yatağımın üstünə konvert qoyulurdu. İçində də 500 dollar. Ən maraqlısı isə bu idi ki, orada içmirdik. Bakıda hava o qəsər isti idi ki, içsən “uça” bilərdin. +50 dərəcə. Otaqda kondisionerin olmasa, əziyyət çəkirdin. Bizim birinci məşqimiz səhər saat 6-da, ikinci isə axşam 9-dan sonra olurdu”. pizza mizza

Qeyd edək ki, 45 yaşlı veteran futbolçu 2005/06 mövsümündə “İnter”də çıxış edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!