Yurgen Klopp Almaniya millisinin baş məşqçi postu ilə bağlı Almaniya Futbol Federasiyası (DFB) ilə danışıqlar getdiyini təsdiqləyib.
“Yeni Sabah” xəbər verir ki, 59 yaşlı mütəxəssis təklifə təmkinli yanaşıb:
"Hadisələr çox sürətlə inkişaf etdi. Yulian istefa verdi. DFB yeni baş məşqçi axtarır və mənimlə danışıqlar aparır. Ətraflı müzakirələr aparılmalıdır, çünki hazırda üzləşdiyimiz problemlər, əlbəttə ki, təkcə Yulian Naqelsmannla bağlı deyil. Julian möhtəşəm məşqçidir və bunu məşqçilik karyerası ərzində hələ dəfələrlə sübut edəcək. Buna görə də danışıqların necə nəticələnəcəyini gözləməliyik. pizza
Mən işəgötürənim Oliver Mintslaffla da danışmalıyam. Bilirəm ki, Almaniya futbolu onun üçün çox önəmlidir və buna görə də bu cür söhbətlərə açıq yanaşır".
Xatırltma: Bundestimin baş məşqçisi Yulian Naqelsman DÇ-2026-nın 1/16 final mərhələsində Parqavaya qarşı alınan şok məğlubiyyətdən sonra vəzifəsindən qovulub.
Nazim Hacıyev
Telegram kanalımız