Kobaxidze: Azərbaycanla danışıqlarında maraqlar bərabər nəzərə alınır

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze: Azərbaycanla danışıqlarında maraqlar bərabər nəzərə alınır

Dünya

25 May 2026 13:38 106


"Azərbaycan tərəfi ilə danışıqlara iki dövlət arasında standart dialoq kimi deyil, ortaq maraqlar barədə dostcasına söhbət kimi yanaşdıq. Hər yerdə ideal şərtlərimiz var, hər iki tərəfin maraqları bərabər nəzərə alınır, bu, həm qaz və elektrik enerjisinin idxalına, həm də tranzitinə, eləcə də Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyətinə aiddir".

"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyətinin dayandırılması nəticəsində Gürcüstan dövləti 10 milyonlarla lari potensial gəlir itirirdi və istismar bərpa olunandan sonra müvafiq gəlir dövlət büdcəsinə daxil ediləcək. Dominos pizza

Kobaxidze Gürcüstana təbii qaz tədarükünün zəmanətli həcminin artırıldığını qeyd edib:

"Zəmanət baxımından həcm ümumilikdə artırılıb. Bilirsiniz ki, "Şahdəniz" yatağından qaza zəmanət də daxil olmaqla razılaşmaların üç əsas istiqaməti və əlavə iki razılaşma var. İmzalanmış sazişə əsasən, həcm baxımından mövcud zəmanətdən daha çox zəmanət əldə etdik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!