Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Köçəryan Paşinyanı hədələdi: “...tezliklə yeni seçkilərlə qarşılaşacağıq“
22 İyn 2021 13:45
736

Köçəryan Paşinyanı hədələdi: “...tezliklə yeni seçkilərlə qarşılaşacağıq“

“Mövcud hökumətə səs verənlərin əksəriyyəti əslində keçmiş hökumətin geri dönməsini istəməyənlərdir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Köçəryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Kampaniya çox qısa oldu, çox şey edə bilmədik və xüsusən kənd yerlərində az sayda görüşlər keçirdik. Diqqət yetirdinizsə, səlahiyyətlilər kəndlərdə olduqca böyük nəticələr qeydə aldılar. Biz bu vəziyyəti qıra bilmədik. Yəqin ki, bu inqilabın son gülləsi idi. Amma səlahiyyətli qurumlar əvvəlki kimi davranmağa, repressiyalar və başqalarını qorxutmağa davam edərsə, tezliklə yeni erkən seçkilərlə qarşılaşacağıq”, -deyə o bildirib.

Xatırladaq ki, iyunun 20-də keçirilən erkən seçkilərdən sonra Nikol Paşinyanın partiyası səslərin demək olar ki, 54% -ni toplayaraq böyük fərqlə qalib gəlib. (modern.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər