Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Köçəryanın partiyası mitinqlərə qərar verdi
23 Okt 2021 13:52
527

Köçəryanın partiyası mitinqlərə qərar verdi

Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” (Ermənistan) bloku mitinqə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında qeyd olunub.

Bir sıra siyasi analitiklərin fikrincə buna səbəb, Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına mane olmaq, həmçinin regionda kommunikasiya xətlərinin açılmasının qarşısını almaqdır.

Xatırladaq ki, erməni mediası ötən axşam belə bir iddia ilə çıxış etmişdi ki, cari ilin 9 noyabr tarixində - Ermənistanın biabırçı təslimiyyət aktını imzalamasının ildönümündə Moskvada üç ölkənin iştirakı ilə iki yeni sənəd imzalanacaq. Deyilənə görə, sənədlərdən biri kommunikasiya xəttlərinin açılması ilə əlaqəlidirsə, bir digəri də, sərhədlərin delimitasiya və demarkasiya işlərinin məhz 1920-ci il xəritələrinə əsasən aparılması məsələsidir.

Mitinqlərinə keçirilməsinə əsas səbəb, bu iki faktın mövcuduluğu olaraq qiymətləndirilir.

Rafi Müslümov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər