“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı

Siyasət

18 Sentyabr 2026 22:50 356


Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb.

“Yeni Sabah” xəbər verir ki, söhbət əsnasında 2023-cü ildə Kahramanmaraş zəlzələsində Türkiyədə zərərçəkənlərə kömək etmək üçün qırmızı avtomobilinə əşyalarını doldurub yardım etməyə gedən Sərvər Bəşirlidən söz düşüb:

Okay Memiş dedi: Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi. Marqarita pizza

Prezident İlham Əliyev dedi: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi.

Okay Memiş dedi: Cənab Prezident, bu, inanılmaz bir hadisədir. Yəni bu, əlbəttə, bizim unuda biləcəyimiz bir hadisə deyil./Qafqazinfo


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!