Komissiya sədri Şahramanyana məktub göndərildiyini təsdiqlədi

Komissiya sədri Şahramanyana məktub göndərildiyini təsdiqlədi

Bölgə Veb saytların hazırlanması

16 Noyabr 2023 12:32 977


44 günlük müharibənin şəraitinin araşdırılması ilə bağlı Ermənistan parlamentində yaradılmış komissiya özünü buraxmış qondarma rejimin rəhbəri Samvel Şahramanyana iclasda dindirilməsi üçün məktub göndərib. 

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında komissiyanın rəhbəri Andranik Koçaryan məlumat verib. 

Onun sözlərinə görə, S.Şahramanyan komissiyaya dəvət edilib, lakin o hələlik bu barədə yekun fikrini səsləndirməyib. 

Komissiya sədri Şahramanyanın iclasa gələrək bəzi suallara aydınlıq gətirəcəyinə ümid etdiyini qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!