Komitə elektron kalkulyatoru istifadəyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Komitə elektron kalkulyatoru istifadəyə verdi

Sosial

30 Yanvar 2019 20:00 1321


Vətəndaşlar kadastrla bağlı xidmətlərə müraciət etməzdən öncə dövlət rüsumu və xidmət haqqının miqdarını öyrənə bilər. 

“Yeni Sabah” xəbər verir ki, bu Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan “Kadastr kalkulyatoru” ilə mümkündür.İnformativ xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər onlayn qaydada dövlət rüsumu və xidmət haqqını hesablaya bilir.

Elektron xidmət istifadəçiyə “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi” və “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqı və dövlət rüsumunu öyrənmək imkanı verir. Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.   pizza

Xidmətdən istifadə etmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 40-cı elektron xidmət olan “Kadastr kalkulyatoru” bölməsinə daxil ola bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!