"Bərdə rayonunda küçəyə atılan körpə bacı-qardaşla bağlı iş nəzarətə götürülüb".
Bu barədə "Yeni Sabah"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, məsələnin araşdırılması yerli monitorinq komissiyasına tapşırılıb: "Hazırda komissiya məsələni araşdırır və valideynlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır". Pepperoni pizza
Qeyd edək ki, fevralın 3-də Bərdə rayonunda yolun kənarından körpə bacı-qardaş tapılıb. Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir. Bu gün səhər saatlarında körpələrin anası tapılıb.
Günay Rəsulqızı
Telegram kanalımız