Konstitusiya Məhkəməsində Monqolustanın baş prokuroru ilə görüş oldu

saytların hazırlanması

Evə çatdırılma

Konstitusiya Məhkəməsində Monqolustanın baş prokuroru ilə görüş oldu

Siyasət

07 May 2026 18:24 84


Mayın 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Monqolustanın baş prokuroru Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

"Yeni Sabah" xəbər verir ki, qonaqları salamlayan sədr Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan və Monqolustan arasında formalaşmış sıx əməkdaşlıq əlaqələri qarşılıqlı etimad və anlaşmaya əsaslanır, eyni zamanda hər iki dövlət arasında olan münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.

Daha sonra sədr ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib. Dördpendirli pizza

Səmimi qəbula görə minnətdarlığını bildirən Baş prokuror Jarqalsayxan Banzraqç ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib və bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdıraraq, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!