“Koronavirus tezliklə yox olacaq” - Nobel mükafatçısı
25 Mart 2020 08:34
1401

“Koronavirus tezliklə yox olacaq” - Nobel mükafatçısı

"Çində koronavirusa yoluxma hallarının azalması onu göstərir ki, bu ölkədə mart ayının sonunda virus yoxa çıxacaq".

“Yeni Sabah” xəbər verir ki, bunu İsrail əsilli, Nobel mükafatçısı məşhur amerikalı biofizik alim Maykl Levitt deyib.

Onun sözlərinə görə, Çində vəziyyətin düzəlməsi pandemiyanın tezliklə aradan qalxacağına ümidləri artırır. Bu mənada məşhur alim koronavirusun tezliklə yox olacağına inandığını söyləyib.

Qeyd edək ki, Mayk Levitt 2013-cü ildə kimya üzrə Nobel mükafatı alan üç alimdən biridir. O, bundan öncə fevral ayında Çində virusun təsirinin yoxa çıxacağını bəyan etməklə gündəmə gəlmişdi.

Metbuat.az 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər