Koronavirusdan vəfat etdiyi deyilən şagirdin anası danışdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan vəfat etdiyi deyilən şagirdin anası danışdı - Video

Sosial

20 Oktyabr 2021 11:16 1044


Bakıda birinci sinif şagirdi vəfat edib. Sosial şəbəkələrdə yayılan məlumatlarda məktəblinin koronavirusdan dünyasını dəyişdiyi deyilirdi.

Yenisabah.az xəbər verir ki, "Xəzər TV"nin çəkiliş qrupu şagirdin təhsil aldığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki məktəbə yollanıb. Aydınlaşıb ki, vəfat edən şagird Balakən rayonu sakini Renat Quliyev olub.

Mərhumun anası Aygün Quliyeva övladının COVID-19-dan dünyasını dəyişməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. Sezar pizza

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. O qeyd edib ki, oğlunun bədənində səpki, üzündə isə şişlər əmələ gəlib.

Şagirdin nənəsi Mehriban Quliyeva əlavə edib ki, Renat 4 gün evdə, 5 gün isə xəstəxanada müalicə alıb. O, oktyabrın 14-ü müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bu arada, TƏBİB birinci sinif şagirdinin vəfatı ilə bağlı açıqlama yayıb.

Qeyd edilib ki, Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən Renat Quliyev ''MisC" xəstəliyindən, uşaqlarda multisistem iltihab sindromundan vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!