Koronavirusun yayılmadığı bu ölkədə çempionat təxirə salındı

Koronavirusun yayılmadığı bu ölkədə çempionat təxirə salındı

İdman Veb saytların hazırlanması

26 Aprel 2020 13:28 829


Koronavirusun yayılmadığı nadir ölkələrdən olan Tacikistanda futbol çempionatı may ayının 10-na kimi təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, Tacikistan Futbol Federasiyası “azarkeşlərin təhlükəsizliyini əsas götürərək” belə bir qərar qəbul edib.

TFF-dən bildiriblər ki, bu qərar müvəqqəti xarakter daşıyır və mayın 10-dan etibarən çempionat əvvəlki qaydada davam edəcək.

Qeyd edək ki, hazırda Belarus, Burundi, Nikaraqua ve Türkmənistanda çempionat davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!