Krallığın hərbi büdcəsini 20% artırmaq təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Krallığın hərbi büdcəsini 20% artırmaq təklif olunur

Dünya

13 Fevral 2023 16:02 600


Britaniyanın müdafiə naziri Ben Uolles yaxın 2 ildə krallığın hərbi büdcəsini 20% artırmağa çağırıb.

Yenisabah.az "The Times"a istinadla xəbər verir ki, bu barədə hökumətə yaxın mənbə danışıb.

Uolles maliyyə naziri Ceremi Hantdan müdafiə sektoruna ayrılan xərcləri 8 milyard funt-sterlinq (9,6 milyard dollar) artıraraq 11 milyard funta (13,2 milyard dollar) çatdırmağı xahiş edib. Sezar pizza

Ukraynadakı müharibə və inflyasiyaya görə indi Böyük Britaniyanın müdafiə büdcəsi ildə 48,6 milyard funt-sterlinq (58,5 milyard dollar) təşkil edir.

Maliyyə Nazirliyi digər prioritet sahələrə, o cümlədən səhiyyə sektoruna görə müdafiə xərclərini artırmaqdan imtina edib.

Bununla belə, müdafiə mənbələri bildiriblər ki, əlavə vəsait yeni texnika almaq üçün deyil, krallığın silahlı qüvvələrinin hazırkı vəziyyətini dəstəkləmək üçün lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!