Kreml nümayəndəsi Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələrindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Kreml nümayəndəsi Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələrindən danışdı

Dünya

25 Avqust 2023 20:18 659


“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölüm faktını təsdiq edəcək ekspertizaların, o cümlədən genetik ekspertizaların nəticələri hələ hazır deyil”.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov Kremlin Priqojinin ölümünü təsdiq edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələ ki rəsmi nəticələr yoxdur. pizza sifarişi

“Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləmisinizsə, o dedi ki, indi bütün lazımi müayinələr, o cümlədən genetik müayinələr aparılacaq. Rəsmi nəticələr hələ ki yoxdur. Onlar hazır olan kimi dərc ediləcək”, - deyə Peskov qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!