Kreml prezident seçkilərinə hazırlaşır? - Peskovdan cavab

saytların hazırlanması

Evə çatdırılma

Kreml prezident seçkilərinə hazırlaşır? - Peskovdan cavab

Dünya

23 Yanvar 2023 14:01 797


"Kremlin 2024-cü il prezident seçkilərinə hazırlığa başlaması hələ tezdir".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu mətbuat katibi Dmitri Peskov bildirib.

O, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın MSK-nın artıq prezident seçkilərinə hazırlaşdığı barədə sözlərinə münasibət bildirib: Dördpendirli pizza

"Bunu hamı bilir. Bu prosesdir. MSK öz funksiyalarını yerinə yetirir".

Prezident administrasiyasında oxşar işlərin görülüb-görülməməsi ilə bağlı suala Peskov belə cavab verib: "Hələ tezdir. Kampaniya hələ başlamayıb. Kremldə çoxlu cari işlər var. Prezidentin çox fəal qrafiki və gərgin gündəliyi var".

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!