KTMT ilə Ermənistan arasında heç bir münaqişə yoxdur.
“Yeni Sabah” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
O, Ermənistanla KTMT arasında mövcud problemlərin Dağlıq Qarabağ məsələsi ilə nə dərəcədə əlaqəli olduğuna toxunub və münaqişənin sülh yolu ilə həll edilə bilməməsindən təəssüfləndiyini bildirib: Dördpendirli pizza
“Ermənistanla KTMT arasında heç bir münaqişə yoxdur. Bunun 2021-ci ildən bəri davam etdiyi iddiaları da kökündən yanlışdır. Uzun illərdir ki, bu regional təşkilat daxilində də Qarabağ məsələsinin sülh yolu ilə həlli üçün səylər göstərilib. Rusiya tərəfi (Moskva və şəxsən Rusiya Prezidenti Vladimir Putin) Ermənistan və Azərbaycan rəhbərliyinə yaxşı məlum olan məqbul variantlar təklif edib. Bu münaqişənin KTMT mandatı ilə heç bir əlaqəsi yoxdur və İrəvan bunu çox yaxşı başa düşür.
Vasilyev əlavə edib ki, Moskva iki xalqın təkcə onilliklər boyu deyil, həm də əsrlər boyu bir-biri ilə bağlı həyatını və taleyini nəzərə alaraq Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərini qorumaq istəyir.
O qeyd edib ki, digər KTMT üzv dövlətlərinin də öz maraqları və Ermənistan Respublikası ilə öz münasibət tarixləri var.
Telegram kanalımız