Sentyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, KTMT missiyasının rəhbəri Stanislav Zas Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Gevorqyanla görüşüb.
Yenisabah.az “Armenpress” istinadla xəbər verir ki, bu barədə KTMT Katibliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və regionda gərginliyin azaldılmasına yönəlmiş zəruri birgə siyasi və diplomatik tədbirləri müzakirə ediblər.
Xatırladaq ki, KTMT-nin baş katibi, missiya rəhbəri Stanislav Zas Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 13-də keçirilən növbədənkənar sessiyasının qərarına əsasən, Ermənistana gəlib. Missiyaya təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.
Missiyaya yaranmış vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin rəhbərlərinə regiondakı vəziyyətlə bağlı ətraflı məruzə hazırlamaq, Ermənistan və Azərbaycan sərhədində ayrı-ayrı rayonlarda yaranmış gərginliyin yumşaldılması üçün tövsiyələr hazırlamaq tapşırılıb.
Telegram kanalımız