“KTMT təlimləri 2024-cü ildə Qazaxıstan və Qırğızıstanda keçiriləcək”.
Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə KTMT Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov danışıb.
Onun sözlərinə görə, 2024-cü il planında diqqət Mərkəzi Asiya Kollektiv Təhlükəsizlik regionuna yönəlib.
Xatırladaq ki, Ermənistan bu il oktyabrın 9-13-də Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib.
Telegram kanalımız