Kübra Əliyeva: Oğlum narkotikə qurşandığından maşını əlindən aldım 

saytların hazırlanması

Evə çatdırılma

Kübra Əliyeva: Oğlum narkotikə qurşandığından maşını əlindən aldım 

Şou

23 Oktyabr 2023 17:08 471


Kübra Əliyeva narkotik alüdəçiliyindən həbsxanada dünyasını dəyişən oğlundan söz açıb.

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, Əməkdar artist “Elgizlə izlə” verilişində oğlunun sağaldəqdan sonra yenidən pis vərdişə meyl saldığını bildirib.

O, aldığı avtomobili bacısı oğlunun adına keçirib. Dördpendirli pizza

"Oğlum 46 yaşında nədən öldüyünü hamı bilir. Bu barədə danışmaq istəmirəm. Oğlum sağalmışdı, ona avtomobil aldım. 2003-cü illərə təsadüf edirdi. O vaxt başım qızıma Türkiyədə ev almağa qarışmışdı. Bakıya qayıdanda gördüm ki, oğlumun gözləri axır. Ona bir kəlimə dedim: "Get avtomobili keçirt bacım oğlu Mirzənin adına". Getdilər notariusa və maşını keçirtdilər onun adına", - deyə aktrisa vurğulayıb.

K. Əliyevanın dünyasını dəyişən oğlundan başqa daha bir oğlu və qızı var. Aktrisanın qızı uzun müddətdir ki, Türkiyədə yaşayır. Onun oğlu və qızı ailəlidir və bir neçə övladları var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!