“Küçədən gəldin, seriala çəkildin, aktyor oldun...“ - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Küçədən gəldin, seriala çəkildin, aktyor oldun...“ - Aktrisa

Şou

03 Sentyabr 2021 17:59 2487


“Elə aktrisalarımız var ki, onlar bizə lazım idilər, lakin sənəti tərk etməli oldular. Küçədən gəldin, seriala çəkildin, aktyor oldun. Bu belə olmamalıdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva deyib.

ATV telekanalında yayımlanan "7 Canlı" proqramında qonaq olan aktrisa həmkarlarının sənətdə irəli getməsinə mane olduqlarını bildirib: pizza

“Sənət aləmində inciklik yaşadığım insanlar var. Bu, nədən qaynaqlanır, bilmirəm. Xalq məni sevir, dövlət əməyimi qiymətləndirir. Bu gün hər şey göz qabağındadır. Hər zaman öz ayaqlarım üstündə durmağı bacarmışam. Bizim bir çox aktrisalarımız məşhurlaşan kimi fikirləşirlər ki, digər aktyorları aradan çıxarmaq lazımdır. Elə aktrisalarımız var ki, onlar bizə lazım idilər, lakin sənəti tərk etməli oldular. Küçədən gəldin, seriala çəkildin, aktyor oldun. Bu belə olmamalıdır. Bu gün mən seriallarda yoxam. Mən harasa gedəndə sual verirlər ki, siz niyə seriallara çəkilmirsiniz? Əzizlərim, bilin ki, bu, məndən asılı olan bir şey deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!