Külək şəhərin altını üstünə çevirdi: Ağaclar aşdı, evlər yararsız hala düşdü   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Külək şəhərin altını üstünə çevirdi: Ağaclar aşdı, evlər yararsız hala düşdü - Fotolar

Hadisə

10 May 2021 14:15 2144


Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, şəhərin Vaqif, N.Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində ilkin hesablamalara görə əlliyə qədər ağac aşıb.

Külək ağacları nəqliyyat vasitələrinin, yaşayış və inzibati binaların, qarajların, hasarların üstünə, yollara aşırıb. Dominos pizza

Nəticədə tikililərə, avtomobillərə, elektrik xətlərinə, şəhər təsərrüfatına ciddi ziyan dəyib, eləcə də fərdi təsərrüfatlarda yetişən meyvə və tərəvəz bitkiləri yarasız hala düşüb.

Fəsadların aradan qaldırılması üçün səhər saatlarından etibarən müvafiq tədbirlərin görülməsinə başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!