Kür çayına balıq körpələri buraxıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Kür çayına balıq körpələri buraxıldı - FOTOLAR

Sosial

27 Dekabr 2022 14:29 638


Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Yevlax rayonunda keçirilib.

Yenisabah.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Su Nəqliyyatında Polis İdarəsinin və Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinə 100 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Xidmət rəisi qeyd edib ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə il ərzində təbii su hövzələrinə ümumilikdə 4 milyondan çox çəkikimi, nərəcinsli və qızılbalıq körpələri buraxılıb.  pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!