Kürdəmirdə zəncirvari yol qəzası olub – Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə zəncirvari yol qəzası olub – Yaralılar var

Kriminal

26 İyul 2026 11:30 97


Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki xəsarət alıb.

“Yeni Sabah” "Report"a istinadla xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər "VAZ-2106" markalı avtomobilə dəyib. pizza sifarişi

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobillərdən biri aşıb. Bu zaman avtomobilin yaxınlığında dayanan rayon sakinləri - 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!