Kuryer xidmətlərindən gəlir 2 dəfə artdı 

saytların hazırlanması

Evə çatdırılma

Kuryer xidmətlərindən gəlir 2 dəfə artdı 

İqtisadiyyat

19 Avqust 2026 15:41 69


2025-ci ildə Azərbaycanda sürətli poçt və kuryer xidmətlərindən toplanan gəlirin həcmi 24,2 milyon manata çatıb. 

“Yeni Sabah” Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə istinadən xəbər verir ki, bu rəqəm 2024-cü illə müqayisədə 8,4 % azalma deməkdir.

Bununla belə, sırf kuryer çatdırılmalarından əldə olunan qazanc kəskin yüksələrək 2 dəfə artıb və 8,8 milyon manata çatıb. Ümumilikdə son 5 illik dinamikaya nəzər saldıqda, sürətli poçt və kuryer sahəsinin gəlirlərində 2,3 dəfə, yalnız kuryer xidmətlərində isə 5 dəfə artım qeydə alınıb. Sezar pizza

Ötən il ərzində ölkə üzrə ümumi çəkisi 330,2 min kiloqram təşkil edən 1 milyon 305,6 min ədəd sürətli poçt bağlaması daşınıb. Bu daşımaların böyük hissəsini — 1 milyon 163,4 min ədədini sənədlər, 142,2 min ədədini isə müxtəlif mallar təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!