Küsülü idilər, bir sırada əyləşdilər - Afaq Bəşirqızı ilə Əməkdar artist barışıb?

saytların hazırlanması

Evə çatdırılma

Küsülü idilər, bir sırada əyləşdilər - Afaq Bəşirqızı ilə Əməkdar artist barışıb?

Şou

06 Sentyabr 2026 18:54 117


Bir müddət əvvəl aralarında yaşanan qalmaqalla gündəmə gələn Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Almaz Ələsgərova bir araya gəlib.

"Yeni Sabah" Axşam.az-a istinadən bildirir ki, onların eyni məkandan görüntülərini Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkə hesabında paylaşıb.

Aktrisalar Akademik Musiqili Teatrın 117-ci mövsümünün başlaması münasibətilə keçirilən tədbirdə iştirak ediblər. Onlar eyni sıradan əyləşiblər. pizza sifarişi

Paylaşılan videoda bir çox Xalq və Əməkdar artistlərin, aktyorların yeni teatr mövsümünün açılışı münasibətilə bir araya gəldiyi əks olunub.

Qeyd edək ki, bir müddət əvvəl aktrisaların dava etdiyi xəbəri yayılmışdı. Hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib. Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan "bu qələti edən kimdir?" deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova "qələti sən özün edirsən" cavabını verib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!