“Laçında kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar var“  - İqtisadçı deputat
01 Dek 2020 16:26
331

“Laçında kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar var“ - İqtisadçı deputat

"Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Laçın rayonu işğaldan azad olunmaqla Kəlbəcər-Laçın iqtisadi rayonunun ərazisi tamamlanıb".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP İcra katibliyinin təşkilat şöbəsinin müdiri Aydın Hüseynov deyib.

O qeyd edib ki, Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarını əhatə edir:

"Bu rayonlardan işğal altında qalan Laçin idi və bu gün artıq Laçın da Azərbaycana qaytarıldı və bu iqtisadi rayonun ərazisi tamamlanmış oldu. 30 ilə yaxın bir müddətdə işğal altında qaldığına görə bu iqtisadi rayoun geniş imkanlarından istifadə etmək olmurdu. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfaının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Bu iqtisadi rayon ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır”.

Deputat əlavə edib ki, Kəlbəcər-Laçın iqtisadi rayonu ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək: “Kəlbəcər-Laçın iqtisadi rayonu şimaldan Gəncə-Qazax iqtisadi rayonu ilə, şərqdən isə Yuxarı Qarabağ iqtisadi rayonu ilə əhatə olunur ki, bu da iqtisadi rayonların qarşılıqlı inkişafına imkan yaradır. Ümumilikdə Kəlbəcər-Laçın iqtisadi rayonunun fəaliyyətinin bərpa olunması ölkə iqtisadiyyatının inkişafına, ümumdaxili məhsulun artmasına mühüm töhfə vermiş olacaq”.

“Laçında kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar var“  - İqtisadçı deputat
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər