Laçından çıxan erməni evini belə yandırdı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Laçından çıxan erməni evini belə yandırdı - VİDEO

Rəsmi

19 Avqust 2022 14:33 1378


Laçının Zabux kəndində qanunsuz yaşayan daha bir erməni “sakin” ərazini tərk etməzdən əvvəl indiyə kimi məskunlaşdığı evi yandırıb. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu addımını azərbaycanlılara nifrətinə görə atdığını qeyd edib.

"Buradan rahat getmək üçün hər şeyi yandırıram. Bütün bunlar türkə qalsa, o zaman rahat olmayacam”, - deyə Zabuxdan çıxan erməni videomüraciətində bildirib.

Bu, Zabuxda ikinci haldır ki, təxliyədən əvvəl erməni azərbaycanlılara qalmasın deyə yaşadığı evi yandırır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HEÇ BİR Türk o alçaq ,murdar ların evində yaşamaz. Qoy yandırsınlar.
    4 years ago