Laçının azad edilməsi xəbərinə dözməyən ağsaqqal vəfat etdi
01 Dek 2020 13:37
442

Laçının azad edilməsi xəbərinə dözməyən ağsaqqal vəfat etdi

Əslən Laçın rayonunun Sus kəndindən olan tanınmış şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov bu gecə vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İlham Qəhrəman məlumat verib. Şairin dediyinə görə, 20 ilə yaxındır atasının gözləri tutulmuşdu:

"Amma səhhətindən başqa şikayəti yox idi. Atam Laçının alınması xəbərinin sevincinə tab gətirmədi".

Allah rəhmət eləsin!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər