7 İyul - 02:24
“Lalə Azərtaş düz deyir, qadın kişinin ayağının suyunu içməlidir”

“Lalə Azərtaş düz deyir, qadın kişinin ayağının suyunu içməlidir”

Şou

25 May 2022 13:37 9497


“Mən Lalə Azərtaşı dünəndən bəri təhqir edənləri qınayıram. Azərtaş çox dəyərli, savadlı aparıcılarımızdan biridir...”

Bu sözləri Yenisabah.az-a tanınmış aparıcı Elgiz Əkbər həmkarı Lalə Azərtaş barədə danışarkən deyib. O, cəmiyyətin aparıcılara qarşı bəzən çox amansız davrandığını bildirib:

“Lalə Azərtaşın apardığı veriliş ona çox yaraşır. Onun verilişi mənim verilişimdən sonra başlayır, inanın ki, mən oturub ona baxıram. Hərdən evə gələndə yorğun oluram, oturub onun verilişinə baxıram. Hər şeyi yerli-yerində, sözü, fikirləri səlis, yerində olur. Yəqin mentaliteti əsas götürərək o fikirləri söyləyib. Bilirsiniz, insanlar çox vaxt elə qəbul edirlər ki, sanki aparıcı ömründə heç bir şəxsi fikir söyləyə bilməz və söyləyəndə də elə bilirlər ki, səhv edə bilməz. Mən demirəm ki, Azərtaş səhv edib, mən də onun fikirləri ilə razılaşıram, düz deyib. Bizim nənələrimiz, babalarımız hər zaman bunu deyib. Milli dəyər və mentalitet deyilən bir şey var. Düzdür, mən mentaliteti qəbul etmirəm, mənim üçün mentalitet kəlməsi yoxdur, mən milli dəyərləri qəbul edirəm. Hansılar ki, bizim üçün qiymətli olmalıdır. Mentalitetdə elə şeylər var ki, bu gün müasir uşaqlar ona gülürlər ki, belə şey olar? Ağzımızı açan kimi böyüklər bizə mentaliteti göstərirlər. Azərtaş da pis söz deməyib ki...”

O, həmkarını qınayanların onun şəxsi həyatını müzakirəyə çıxarmasına sərt reaksiya verib:

“Aparıcının şəxsi həyatını gündəmə gətirib ondan çıxış edərək, üstünə hücum çəkmək doğru deyil. Bu tamamilə yanlışdır. Siz nə bilirsiniz ki, nə olub? Elə bir zərurət ola bilər ki, Lalə xanımın artıq geriyə yolu qalmayıb və qərar verib ki, mən ayrılıram. Yəni işin mahiyyətini bilməyən insanlar niyə onun üstünə bu qədər gedir, başa düşə bilmirəm. Bu heç düzgün deyil, belə etmək olmaz. Bu mənim şəxsi fikrimdir”.  

Xatırladaq ki, “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaşın açıqlamaları müzakirələrə səbəb olub. Aparıcı verilişdə boşanmadan danışarkən reaksiyalara səbəb olan fikirlər səsləndirib:

“Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!